BaşlıcaSiyasət

AB-nin Avropa Xarici Fəaliyyət Xidmətinin direktoru Yerasx və Yeğeqnadzorda olub

Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası Avropa Birliyinin Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, Regional Əməkdaşlıq və ATƏT üzrə icraçı direktoru Maykl Sibertin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Alınan məlumata görə, bu barədə AB-nin Ermənistandakı müşahidə missiyasının X mikrobloqunda yer alan yazıda qeyd olunaraq  əlavə olunub ki, nümayəndə heyətinin üzvləri Yerasxda, eləcə də AB missiyasının Yeğeqnadzor şəhərindəki qərargahında olublar.

“Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, Regional Əməkdaşlıq və ATƏT məsələləri üzrə icraçı direktoru Mixail Siberti qəbul etmək şərəfdir.

 Nümayəndə heyəti Yerasx kəndində və Yeqnadzorda missiyanın qərargahında olub. . Avropa Birliyinin Ermənistandakı missiyasının İş və fəaliyyətlə bağlı yaxşı müzakirələrimiz oldu” – deyərək notada qeyd edilir.

Daha çox göstər
Back to top button