
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono dünən Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıçla görüşüb. “Görüş zamanı biz Qafqazda sabitliyin artması və Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı qiymətləndirmələr apardıq”, – Kılıç özünün X mikrobloqunda yazıb.
Qeyd edək ki, ötən gün Ərdoğanın baş müşaviri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı aparıb. Söhbət zamanı tərəflər Ermənistan və Azərbaycan arasında sülh sazişinin əhəmiyyətini vurğulayıblar. İyunun 3-də Bono Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə danışıqlar aparıb. Bundan əvvəl Dövlət Nazirliyinin rəsmisi Yerevanda görüşlər keçirib.







