
Bakıda keçən ilin Avgustunda Hakari çayı üzərindəki körpüdə qanunsuz yerləşdirilmiş keçid məntəqəsindən oğurlanmış Raşid Beglaryan üzərində məhkəmə prossesi keçirilir. Haqqin.az hökumətyönlü portalının məlumatına görə, Beqlaryanın özü iştirak etsə də, dindirilmir: prokuror sadəcə olaraq dövlət təhlükəsizlik xidmətinin müstəntiqləri tərəfindən tərtib edilmiş “ifadələrini” oxuyur.
Həmin “ifadələrə” görə, “erməni silahlı dəstələri Fevralın 26-na keçən gecə Askeran yanında, dəqiq olaraq qalanın divarlarının yaxınlığında 200-dən çox dinc xocalılını güllələyib və bir neçə gün sonra orada basdırıblar”.
Bakı müstəntiqləri və hakimləri, görünür, hamısının “qısa yaddaşına” ümid edirdilər. Amma iş burasındadır ki, Qarabağ rayonlararası prokurorluğu tərəfindən 1992-ci il Fevralın 27-də açılmış cinayət işində 1959-cu ildə anadan olunmuş, Ağdam şəhər sakini, 20 Yanvar küçəsi ünvanında yaşamış şahid Natiq Hüseynovun dindirilməsi protokolu var. Hüseynov göstərir ki, rasiya vasitəsilə Xocalıdan həyəcan siqnalı alanda 200 nəfərlik silahlı gəncdən ibarət yerli “könüllü dəstə” Askerana doğru hərəkət edib. Səhər tezdən Xocalının ətrafına çatan qrup “35-40 meyiti helikopterə yükləyib”. Helikopter Askeran yaxınlığında yerə enib”.
Xatırladaq ki, həmin cinayət işi Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bağlanmışdı. Yalnız Azərbaycan xalq cəbhəsinin Ağdam təmsilçisi Fəxmin Hacıyevi mühakimə ediblər. O, hakimin “günahsız Xocalı qurbanlarının qanı kimin vicdanındadır”sualına isə quru və qısa şəkildə cavab verib: “Heydər Əliyevin”.







