
Parlamentin sədri Alen Simonyan Rusiya Federasiyası Xarici işlər nazirliyinin Ermənistanın təşkilatın nizamnaməsinə uyğun olaraq KTMT-nin maliyyə öhdəliklərini yerinə yetirməyə borclu olması barədə bəyanatına cavab verib.
Alınan məlumata görə, jurnalistlərlə keçirdiyi brifinqdə Alen Simonyan vurğulayıb ki, ilk növbədə onlar son 2-3 ildə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər.
“Mən rus dilində danışıram ki, başa düşsünlər. “чья бы корова мычала, их корова бы молчала”. Kim danışsa da onlar gərək sussunlar.
KTMT öhdəliyi, ciddi? Hələ onlar bizdən öhdəlik istəyirlər? Müxalifətdən soruşun ki, azərbaycanlılar KTMT-nin də ərazisi sayılan Ermənistan ərazisinə neçə yerdən soxulublar. Öhdəliklərini “pis” yerinə yetirdilər.
İşə bax. Güya onlar öz öhdəliklərini yerinə yetiriblər qalır bizim öhdəliyimiz.Biz pulu ödəməmişik.onlara pul bizimmi borcumuzdur?
“Nə üçün sentyabrda Azərbaycan Dağlıq Qarabağa 15 yerdən hücum edərkən Rusiya Xarici işlər nazirliyi Ermənistan və Azərbaycanı sülhü qorumağa çağırdı, baxmayaraq ki, Ermənistan heç nə etmədi və müxalifətbununçün bizi günahlandırdı” – deyərək parlamentin sədri qeyd edib.







