İctimaiyyətSiyasət

Azərbaycan Ermənistanın hava məkanından istifadə etdiyi üçün Ermənistana 49 min avrodan çox pul ödəyib

2024-cü ilin yanvarın 1-dən mayın 31-dək Azərbaycan aviaşirkətləri Ermənistan Respublikasının hava məkanında həyata keçirilən uçuşlar üçün Ermənistan Aeronavtika Şirkətinə 49 min 459 avro ödəyib.

Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin “NEWS.am”-a bildirib.

Ödəniş müəyyən olunmuş qaydada “Eurocontrol” təşkilatının mərkəzi ofisi vasitəsilə həyata keçirilib.

“Eurocontrol” hava naviqasiya təhlükəsizliyi məsələlərini tənzimləyən Avropa təşkilatıdır.

Xatırladaq ki, 2023-cü ilin ilk altı ayı üçün ödəniş məbləği 40 min avrodan bir qədər az, 2023-cü ilin bütün ili üçün isə təxinən 80 min avro olub.

Daha çox göstər
Back to top button