
Almaniya Bundestaqının Avropa Birliyi məsələləri üzrə komitəsinin sədri Anton Hofreiter iclasda “Ermənistan həmişə Avropa ölkəsi olub və Ermənistanın gələcəyi Avropadadır” deyib.
Bu barədə “Mülki razılaşma” fraksiyasının rəhbəri Hayk Konyoryan Facebook səhifəsində yazır.
“Berlində Bundestaqın AB məsələləri üzrə komitəsinin sədri və üzvləri ilə görüşdük. Biz ER-AB əlaqələrinin dərinləşdirilməsi perspektivlərini müzakirə etdik.
Hər ikimiz qeyd etdik ki, Ermənistanın demokratik inkişafı Ermənistanın dayanıqlığını və təhlükəsizliyini artırmalıdır. Biz ER-AB iqtisadi və enerji əməkdaşlığının dərinləşdirilməsi və gələcək proqramlar haqqında danışdıq”.







