Başlıcaİctimaiyyət
Frankofoniya օyunlarının bayrağı Ermənistana verilib

2027-ci ildə Ermənistanda keçiriləcək Frankofoniya օyunlarının bayrağı Ermənistana verilib. Bu barədə ER baş naziri iş heyətinin rəhbəri Araik Harutyunyan öz Facebook səhifəsində məlumat verib.
“Frankofoniya oyunlarının bayrağı Ermənistana təhvil verilib. Yerevanın 2027-ci ildə 10-cu Frankofoniya oyunlarına rəsmi ev sahibliyi etməsi ilə bağlı memorandum imzalanıb” – deyə Arayik Harutyunyan qeyd edib.
Daha əvvəl ER baş nazirinin iş heyəti rəhbəri Araik Harutyunyanın Fransa Respublikasına işgüzar səfərə getdiyi bildirilirib.
“Arayik Harutyunyan İyunun 27-də Parisdə Frankofoniya oyunlarının bayrağının Ermənistan Respublikasına təqdim edilməsi ilə bağlı rəsmi mərasimdə iştirak edib.







