Dünya Bankı Ermənistanın qızıl və qiymətli daş ixracının həcminə diqqət çəkir

Ermənistanın ixracının artmasına qızıl və zərgərlik məmulatlarının ixracı və təkrar ixracı kömək etməkdə davam edir. Bu barədə Dünya Bankının iyun hesabatında qeyd olunur.
Qiymətli və yarımqiymətli daşların ixracının 2024-cü ilin aprel ayı ilə müqayisədə 2,9 dəfə artıb.
Qeyd edək ki, onların ümumi ixracda payı 2023-cü ilin aprelində 24 faiz, bu ilin aprelində isə 82 faiz olub.
Digər tərəfdən, qiymətli və yarımqiymətli əşyaların və daşların idxalı 20 dəfədən çox artmış, nəticədə bu məhsul qrupunun idxal balansı 1 milyard ABŞ dolları olub.
Dünya bankı xatırladır ki, avtomobil və zərgərlik məmulatlarının ixracı əsas ixrac istiqamətləri olub.
Ən böyük həcmdə mallar Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur, Ermənistandan əsasən qızıl və qiymətli metallar idxal olunur.







