
İyulun 15-24-də Ermənistanda keçiriləcək “Eagle Partner 24” hərbi təlimində ABŞ ordusunun Ermənistan, Avropa və Afrikadakı hərbçiləri, eləcə də Kanzas Milli Qvardiyası iştirak edəcək.
Təlim Ermənistan və ABŞ-ın sülhməramlı əməliyyatlar aparmaq üçün kollektiv imkanlarına əsaslanacaq.
Bu haqda ABŞ Ordusunun Avropa və Afrika Komandanlığının mətbuat xidməti bildirib.
“Bu illər ərzində Kanzas Milli Qvardiyası Ermənistanla güclü əməkdaşlıq əlaqələri inkişaf etdirib. “Eagle Partner” kimi təlimlərdə erməni tərəfdaşlarımızla çiyin-çiyinə işləmək ölkələrimiz və hərbçilərimiz arasında etimad və dostluq formalaşdırır” – general Maykl Venerdi vurğulayıb.







