
ABŞ-ın Avropa Komandanlığı X-də iyulun 15-24-də Ermənistanda keçiriləcək erməni-amerikan birgə hərbi təlimlərindən bəhs edən foto dərc edib.
“Ermənistan və ABŞ iyulun 15-24-də “Qartal tərəfdaşı -2024” çərçivəsində Ermənistanda qüvvələrini birləşdirəcək. Artilleriya təlimi, sabitlik təlimi və silahların tanınması vasitəsilə sülhməramlı bacarıqların təkmilləşdirilməsi və qlobal təhlükəsizlik üçün daha güclü tərəfdaşlığın qurulmasıçündür” – deyərək başlıqda qeyd olunub.
Bundan öncə bildirilmişdi ki, beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində iyulun 15-24-də Ermənistanda “Qartal tərəfdaşı-2024” adlı erməni-amerikan birgə hərbi təlimi keçiriləcək.
Təlimdə ER Silahlı qüvvələrinin Sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı Quru qoşunlarının, Kanzas Milli Qvardiyasının hərbiçiləri iştirak edəcəkdir.
Təlim münaqişə tərəfləri arasında sülhməramlı missiyalar zamanı sabitləşdirmə əməliyyatlarını əhatə edir.
Təlimin məqsədi sülh əməliyyatları çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin uyğunluq səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitənin qabaqcıl təcrübələrini mübadilə etmək, o cümlədən erməni bölmələrinin hazırlığını artırmaqdır.
Sülhməramlı missiyalar üzrə təlimlər çərçivəsində beynəlxalq sülhməramlı əməliyyatlar üçün hazırlanmış bölmələr mütəmadi olaraq tərəfdaş ölkələrdə keçirilən oxşar birgə hərbi təlimlərdə və təlimlərdə iştirak edirlər.







