BaşlıcaSiyasət

İran Prezidenti bəyan edib ki, ölkəsi nüvə silahı istehsal etməyə cəhd etmir

İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkian “Tehran Tayms” qəzetində dərc olunan “Mənim Yeni dünyaya mesajım” adlı məqaləsində ABŞ və müttəfiqlərinin İranın nüvə proqramının nüvə silahını  yaratmaq məqsədi daşıması ilə bağlı ittihamlarını təkzib edib.

Alınan məlumata görə, İran Prezidenti ABŞ-ı öz siyasətini hazırlayarkən bu faktı nəzərə almağa çağırıb.

“Mən vurğulamaq istəyirəm ki, İranın müdafiə doktrinasında nüvə silahı yoxdur. Mən ABŞ-ı keçmiş səhvlərdən dərs almağa və siyasətini buna uyğun dəyişməyə çağırıram” – deyə Məsud Pezeşkian bildirib.

O, diqqəti məhz ABŞ-ın İranın nüvə proqramı üzrə Birgə Fəaliyyət Planından (JCPOA) çıxardığına və Məsud Pezeşkianın sözlərinə görə, yüz milyardlarla dollar zərərə səbəb olan İran iqtisadiyyatı ekstraterritorial birtərəfli sanksiyalar tətbiq etməsinə yönəldib..

“Birləşmiş Ştatlar reallığı qəbul etməli və İranın təzyiqlərə cavab vermədiyini və cavab verməyəcəyini birdəfəlik başa düşməlidir”- deyə Pezeşkian vurğulayıb.

Daha çox göstər
Back to top button