
ABŞ-ın 45-ci Prezidenti və Prezidentliyə namizəd Donald Trampa hücumu qətiyyətlə pisləyirik. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün X-mikrobloqunda yazıb.
“Bu cür zorakılıq aktlarının demokratik cəmiyyətdə yeri yoxdur, çünki onlar bizim dərin dəyər verdiyimiz demokratiyanın və qanunun aliliyinin əsas prinsiplərini sarsıdır. Donald Trampa tezliklə sağalmaq arzulayıram” – deyərək o, yazıb.







