BaşlıcaSiyasət

ABŞ Yerevanla Bakı arasında ləyaqətli sülhün bərqərar olmasını dəstəkləyir: Üzra Zeya

Dövlət katibi Blinkenin ötən həftə Vaşinqtonda təşkil etdiyi görüş ABŞ-ın Ermənistanla Azərbaycan arasında davamlı və ləyaqətli sülhün bərqərar olmasına güclü dəstəyini göstərir. Bu barədə AABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Üzra Zeya “Hetq”ə müsahibəsində bildirib.

“Və biz başa düşürük ki, hər iki ölkə mühüm addımlar atıb və dəstəyimizi davam etdirmək istəyirik. Hesab edirəm ki, sülh sazişinin, ləyaqətli və davamlı sülh sazişinin təsirini vurğulamaq vacibdir. Həqiqətən də bu, təkcə iki ölkə üçün deyil, bütün region üçün fövqəladə imkanlar aça bilər.

Birləşmiş Ştatlar bu səyləri güclü şəkildə dəstəkləyir. Biz hesab edirik ki, Ermənistan və Azərbaycan yekun razılaşmaya yaxındır. Amma təbii ki, danışıqlar masası arxasında əyləşənlər son qərarı verənlərdir. Bu məqsədə çatmaq üçün anı qaçırmamağa dəvət edirik. İnanırıq ki, ləyaqətli, davamlı sülh regionun nəhəng sosial-iqtisadi potensialını üzə çıxarmaq, həmçinin “Sülh kəsişməsi” ilə qeyd olunan regional kommunikasiyaları inkişaf etdirmək üçün çox vacibdir.

Bir daha dövlət katibinin bəyanatlarını qeyd etməliyəm ki, yekun qərar verənlər danışıqlar masası arxasında əyləşənlərdir. Biz ləyaqətli və davamlı sülh üçün böyük potensial görürük və bu məqsədə çatmaq üçün bizdən nə tələb olunursa, edəcəyik”, – deyə Zeya qeyd edib.

Daha çox göstər
Back to top button