BaşlıcaMədəniyyət

Dünya şöhrətli opera müğənnisi və dirijor Plasido Dominqo Yerevanda çıxış edəcək

Dünya şöhrətli opera müğənnisi və dirijor Plasido Dominqo oktyabrın 6-da Yerevanda Ermənistan Milli Filarmoniya Orkestri ilə çıxış edəcək.

Bu barədə Ermənistan Milli Filarmoniya Orkestrinin bədii rəhbəri və baş dirijoru Eduard Topçyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Milli Filarmoniya Orkestri yeni konsert mövsümünə sentyabrın 12-də Yerevan Beynəlxalq Festivalı ilə başlayacaq. Onlar məşhur musiqiçiləri qəbul edəcəklər, Avropaya gedəcəklər, lakin mən oktyabrın 6-da orkestrin görkəmli opera müğənnisi Plasido Dominqo ilə çıxış edəcəyi gecəni müstəsna hesab edirəm”, – Eduard Topçyan bildirib.

Daha çox göstər
Back to top button