BaşlıcaSiyasət

İsrail Livana zərbə endirib, Beyruta bütün istiqamətlərdə uçuşlar dayandırıldı

İsrail döyüş təyyarələri Livanın cənubunda, sərhədə yaxın “Hizbullah”ın nəzarətində olan məntəqələrə hücum edib.

“Hizbullah” mövqelərinin məhv edildiyi hava əməliyyatından sonra Beyrut Refik Hariri Beynəlxalq Hava Limanına gediş-gəliş istiqamətində uçuşlar dayandırılıb.

Beyrut Refik Hariri Beynəlxalq Hava Limanının internet saytında verilən uçuş məlumatlarına görə, Beyrutdan dünyanın müxtəlif nöqtələrinə bütün istiqamətlərdə gediş-gəliş uçuşları ya ləğv edilib, ya da təxirə salınıb.

Həmçinin Livan dövlətinə məxsus “Middle East Airlines” (MEA) aviaşirkəti ötən gün Beyrutdan bəzi uçuşları iyulun 29-da səhərə qədər təxirə saldığını açıqlamışdı.

Xatırladaq ki, eyni zamanda İsrail ordusunun Livana mümkün hücumundan əvvəl ABŞ, Avstraliya, Norveç, Almaniya, Böyük Britaniya, Belçika, Fransa, İsveç, Danimarka, Hollandiya kimi ölkələr öz vətəndaşlarına Livanı tərk etmələri və ya bu ölkəyə səfərə getməmələri barədə xəbərdarlıq etmişdilər.

Qeyd edək ki, bu, şənbə günü “Hizbullah”ın Colan təpələrində 12 uşağın ölümünə səbəb olan raket hücumundan sonra İsrailin Livana ilk ölümcül zərbəsidir.

Daha çox göstər
Back to top button