BaşlıcaSiyasət

Gürcüstan Patriarxlığı Bakını Azərbaycan ərazisində yerləşən monastırda ibadət  keçirməkçün icazə verməyə çağırıb.

Gürcüstan Patriarxlığı Azərbaycan hakimiyyətini Azərbaycanın Qax rayonunda Kürmux çayının sahilində XIII-XIV əsrlərdə qurulmuş Qurmuk  monastrında müntəzəm xidmət göstərilməsi imkanlarını təmin etməyə çağırıb.

Patriarxlığın bəyanatında qeyd olunduğu kimi, bir neçə gün əvvəl internetdə Qurmuki monastrında  çəkilmiş görüntülərin əks olunduğu video yayılıb.

Videoda azərbaycanlı musiqiçi ayaq üstə dayanaraq musiqi alətində kompozisiya ifa edir. Patriarxlıq qeyd edir ki, video ictimai rəydən sonra YouTube-dan silinib və müəllif əmin edib ki, o, gürcü mədəniyyətinə məhəbbət və hörmətlə bunu çəkib.

“Bu cür hallar Azərbaycanda gürcü kilsə-monastırlarının ilkin missiyasını bərpa etməyin nə qədər vacib olduğunu bir daha sübut edir. Odur ki, biz Azərbaycan hakimiyyətinin müvafiq nümayəndələrinə müraciət edirik ki, Müqəddəs Georgi Kürmux monastırı fəal məbədə çevrilsin və yuxarıda qeyd olunan fakt kimi Gürcüstan Patriarxlığına orada müntəzəm ibadətlər keçirmək hüququ verilsin.

 Birinci dəfə deyil və biz daim gərginliyə, ədalətli ictimaiyyətin qəzəbinə səbəb olan və dindarların hisslərini incidən problemlə üzləşirik” – deyə bəyanatda qeyd olunur.

Patriarxlıq onu da qeyd edir ki, monastır Azərbaycanda mədəniyyət abidəsi statusuna malikdir və bu, oxşar halların davam etməsini daha da qıcıqlandırır.

 Eyni zamanda, Gürcü Kilsəsi Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Ül-İslam Alaşukiur Pəşazadəyə müraciət edərək, faktların öyrənilməsi və gələcəkdə oxşar halların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi üçün müraciət edib.

Daha çox göstər
Back to top button