Başlıcaİctimaiyyət
Azərbaycandan neftlə çirklənmiş sular İran sahillərinə çatacaqmı?

İranın “Khabaronline.ir” xəbər saytı Xəzər dənizinin ekoloji problemləri ilə bağlı İran Su Sənayesi Federasiyasının üzvü Məhəmməd İbrahim Rəisidən müsahibə alıb.
Sonuncu dənizin çirklənməsi probleminə toxunaraq qeyd edib ki, bu, Azərbaycanın neft hasilatı fəaliyyətinin nəticəsidir.
O, Azərbaycanın neft hasilatı nəticəsində yaranan çirklənmənin Xəzər dənizinin İran sahillərinə də çatdığını və bu məsələnin Bakı ilə danışıqlarda müzakirə edilməli olduğunu vurğulayıb.
“Bu il biz Bakıda COP-29-un keçirilməsi imkanından istifadə etməli və bu məsələni qaldırmalıyıq”, – Raisi qeyd edib.







