BaşlıcaSiyasət

 Norvecin Helsinqi Komitəsi: “ “Azərbaycanda heç vaxt ədalətli  seçkilər keçirilməyib”

Norveç Helsinki Komitəsi Azərbaycanda sentyabrın 1-də baş tutan növbədənkənar parlament seçkilərinin əvvəlki seçkilərdən fərqli olmayaraq azad və ədalətli mühitdə keçirilmədiyini deyib.

“Azərbaycan heç vaxt azad və ədalətli seçkilər keçirməyib və bu, istisna deyil. Son illərdə Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti təşkilatlarını məhv etmək, müstəqil medianı bağlamaq, ictimai həyatın bütün sahələrinə ciddi nəzarət etmək, siyasi narazılığı aradan qaldırmaq, azərbaycanlıların öz sözünü deyə bilməməsi üçün qorxu və hədə-qorxu mühiti yaratmaq üçün əlindən gələni edib.

Belə repressiv şəraitdə azad və ədalətli seçkilər mümkün deyil”- deyə  təşkilatın baş katibi Berit Lindeman vurğulayıb.

Bəyanatda deyilir ki, ötən bazar günü keçirilən seçkilərdə əvvəlki eyni üsullarla, o cümlədən bir neçə dəfə səsvermə, topa bülletenlərin atılması, müstəqil və müxalifət müşahidəçilərinə qarşı zorakılıq və təzyiqlər vasitəsilə saxtakarlığın geniş yayılması da gözlənilən olub.

Norveç Helsinki Komitəsi hesab edir ki, xalqın seçkilərə laqeydliyi və aşağı seçici fəallığı vətəndaşların dəfələrlə saxta seçkilər keçirən siyasi sistemdən ciddi məyusluğunun göstəricisidir.

 Siyasi məhbuslar azad olunmayana, siyasi rəqiblərə və tənqidçilərə qarşı təzyiqlərə son qoyulmayanadək ölkədə Azərbaycan xalqının həqiqi iradəsi ilə səsləşən heç bir mötəbər seçki baş tutmayacaq”- deyərək  Berit Lindeman əlavə edib.

AB-nin xarici məsələlər üzrə sözçüsü Peter Stano səslərin hesablanmasında ciddi pozuntulara yol verilməsi, mühüm təhlükəsizlik tədbirlərinin görülməməsi, seçkilərin müxalif səslərə qarşı davamlı repressiya fonunda keçməsi ilə bağlı beynəlxalq müşahidəçilərin narahatlıqlarını bölüşüb.

Daha çox göstər
Back to top button