
Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının növbəti mərhələsinə toxunan ER baş nazirinin müavini Mher Qriqoryan qeyd edib ki, hələlik bununla bağlı qərar yoxdur.
“Sizi əmin edirəm ki, bu proses tamamilə qanunidir. 18 aprel protokolunu və imzalanmış əsasnaməni diqqətlə oxusanız, əlaqəni və prosesdə heç bir ziddiyyətin olmadığını hiss edəcəksiniz”, – o deyib.
Sərhədin demarkasiyası ilə bağlı növbəti proseslərlə toxunan baş nazirin müavini qeyd edib ki, sərhədlərin demarkasiyası ilə bağlı növbəti mərhələ ilə bağlı qərar yoxdur.
Bu müddət ərzində Azərbaycan tərəfinin səsləndirdiyi müxtəlif ərazi tələblərinə toxunan Mher Qriqoryan qeyd edib ki, demarkasiya prosesinin və onun həyata keçirilməsinə dair razılaşmaların əsas məqsədi bütün oxşar problemlərin sakit, fundamental, hüquqi həllini tapmasıdır.







