BaşlıcaSiyasət

Stoltenberq NATO baş katibinin səlahiyyətlərini Mark Rutteyə verib

Yens Stoltenberq NATO baş katibinin səlahiyyətlərini Hollandiyanın keçmiş baş naziri Mark Rutteyə verib. Mərasim Brüsseldə, Şimali Atlantika Müqaviləsi Təşkilatının mənzil-qərargahında baş tutub.

Səlahiyyətlərin ötürülməsi anını qeyd etmək üçün Stoltenberq 1963-cü ildə İslandiyanın NATO-ya verdiyi toxmağı Rutteyə təqdim edib və onu Şimali Atlantika Şurasının rəhbəri kürsüsünə dəvət edib.

Hollandiyalı siyasətçi alyansın 14-cü lideri olacaq. Onun mandatı beş ildir və uzadıla bilər.

Rutenin 57 yaşı var. NATO-nun baş katibi vəzifəsinə təyin olunana qədər o, 14 ilə yaxın Hollandiyanın baş naziri vəzifəsində çalışıb. Avropa arenasında o, praqmatizmi və ən çətin vəziyyətlərdə belə kompromis tapmaq bacarığı ilə tanınır. Rutte 2018-ci ildə Ağ Evdə keçirilən görüşdə o vaxtkı ABŞ prezidenti Donald Trampın Aİ və ABŞ arasında ticarət sazişi imzalamasa belə, nəticənin yenə də müsbət olacağı barədə bəyanatına kəskin etirazı ilə də yadda qalıb. “Bu, müsbət nəticə olmayacaq, biz bununla bağlı nəsə etməliyik” deyən Rutte qeyd edib.

Ruttenin Rusiyaya münasibəti 2014-cü ilin iyulunda Ukraynada Boeing 777-nin qəzaya uğramasından sonra xeyli dəyişdi. O vaxtdan bəri Hollandiya Rusiya tərəfini, o cümlədən Avropa İnsan Haqları Məhkəməsində məsuliyyətə cəlb etmək üçün əlindən gələni edir.

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Ruttenin başçılığı ilə Hollandiya Kiyevə mümkün yardımın göstərilməsinin tərəfdarlarından birinə çevrildi. Humanitar yardım və tibbi avadanlıqdan başlayaraq, krallıq indi ABŞ-ın təqaüdə çıxmış F-16 qırıcılarını Ukraynaya bağışlayır və Kiyevə dəstək üçün müxtəlif, o cümlədən çoxtərəfli təşəbbüslərdə iştirak edir.

Hollandiyalı ekspertlərin fikrincə, məhz ölkənin Ukrayna münaqişəsinə münasibəti Rutteyə NATO-nun baş katibi postunda ABŞ-dan dəstək almağa imkan verib.

Həm rəsmilər, həm ekspertlər, həm də jurnalistlər hesab edirlər ki, səlahiyyətlərin Rutteyə verilməsi Rusiya üçün heç nəyi dəyişməyəcək, yəni NATO-nun Moskva ilə bağlı siyasəti olduğu kimi qalacaq.

Daha çox göstər
Back to top button