BaşlıcaSiyasət

 Prezident: “Gürcüstanın mövcud olmaması Ermənistan üçün  faciə olacaq”

Gürcüstanın Prezidenti Salome Zurabişvilinin sözlərinə görə, əgər 2024-cü il Gürcüstan parlament seçkilərindən sonra Gürcüstan Avropa yoluna qayıtmasa, bu, eyni istiqamətdə inkişaf edən və gürcü körpüsünə ehtiyacı olan qonşu Ermənistan üçün də faciə olacaq.

“26 oktyabr seçkilərindən sonra ya Gürcüstan Avropa yoluna qayıdacaq – mən buna inanıram və əminəm ki, bundan sonra hadisələr çox sürətlə inkişaf edəcək və iyunda Ukrayna və Moldova ilə bir üçlükdə olacağıq.

Ya da artıq Gürcüstan olmayacaq və bu, təkcə onun üçün deyil, həm də eyni istiqamətdə inkişaf edən və gürcü körpüsünə ehtiyacı olan qonşu Ermənistan üçün faciə olacaq.

 Bu həmçinin Qafqaz və bu regionda Avropanın təmsilçiliyi üçün faciə olacaq, çünki bu region coğrafi mövqeyinə görə çox önəmlidir” – deyə bu haqda  Gürcüstanın prezidenti Salome Zurabişvili sentyabrın 27-də Parisdə “Buçadan öncə Abxaziya olub” adlı sənədli filmin nümayişindən əvvəl bəyan edib.

Daha çox göstər
Back to top button