
Azərbaycan prezidenti İlham Əliyev dezinformasiya, hədələr və şantajın yeni dalğasını başladıb. Həmişə olduğu kimi, Əliyevin hücumlarının əsas hədəfi Ermənistan olub, həmçinin ABŞ və Fransa dazərər çəkənlər olub.
“Bu gün anti-Azərbaycan qüvvələri üçün matəm günüdür. Necə ola bilər ki, bizim icazəmiz olmadan, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi nəzərə almadan öz gücümüzə arxalanaraq, öz oğullarımızın fədakarlığı hesabına Azərbaycan öz hüquqlarını bərpa etdi?. Onlar bizi buna görə bağışlaya bilməzlər” – deyə Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşündə bildirib.
“Bu gün Amerika Azərbaycana qarşı sanksiyalar tətbiq edir. Və sonra deyirlər ki, dostluğumuzu gücləndirək. Hansı dostluqdan danışa bilərik?”- deyə Azərbaycanın rəhbəri əlavə edib və bildirib ki, “Azərbaycan yalnız öz gücünə arxalanmalı və heç bir vədə, yaltaq sözlərə və ya yalançı bəyanatlara aldanmamalıdır”.
“Minsk qrupu müəyyən mənada erməni işğalını haqq qazandırmaq və Azərbaycanı alçaldıcı sülhə məcbur etmək işləri ilə məşğul olurdu” – deyə Əliyev bildirib və əlavə edib:
“Bizə deyirdilər ki, sözləriniz çox sərtdir. Bu sərt ritorika sülhə daha yaxınlaşdırmır, əksinə, daha da uzaqlaşdırır. Bu münaqişənin hərbi həlli yoxdur. Yəni, Fransa və belə Qərb dövlətləri bu işğalı əbədiləşdirmək üçün hər şey edirdilər”.
Birbaşa Ermənistanla bağlı isə Azərbaycan prezidenti deyib:
“Ermənistan təhlükəli oyunlara cəlb olunub. Qarabağdakı İkinci müharibənin tarixini unutmasınlar. Qoy unutmasınlar ki, bizi necə diz çökərək mərhəmət diləyirdilər, necə gündə on dəfə ən yüksək səviyyədə Rusiyaya müraciət edirdilər ki, müharibəni dayandırın.
Qoy anti-terror əməliyyatını unutmasınlar. Unutmasınlar ki, hətta o coğrafi şəraitdə belə biz istədiyimizə nail ola bildik. Cəmi bir neçə saatda separatizmi kökündən çıxardıq, heç kimə arxalanmadan, heç nəyə baxmadan”.
Əliyev faktiki olaraq bir çıxışında həm Ermənistan və Dağlıq Qarabağa qarşı aqressiv müharibə apardığını etiraf edib, həm də bunu təkrarlamaq niyyətində olduğunu bildirib, “unutmamağı” tövsiyə edib və ATƏT-in Minsk qrupu çərçivəsində hər şeyin Dağlıq Qarabağın müstəqil statusuna doğru getdiyini təsdiqləyib.







