
“Danimarka Milli Polisinin nümayəndə heyətini salamlayırıq!” – bu barədə Ermənistanda Avropa Birliyinin müşahidə missiyasının X səhifəsində qeyd olunub və foto da paylaşılıb.
“Qonaqlar Martunidə patrul xidməti həyata keçirən qrupa qoşularaq, yerində AB müşahidə missiyasının işi və fəaliyyəti haqqında daha çox məlumat əldə etdilər.
AB müşahidə missiyasında 6 danimarkalı çalışır, onlardan 3-ü polisdir” – deyərək məlumatda qeyd olunub.







