BaşlıcaSiyasət

 Gnel Sanosyan Türkiyəyə  ezam olunub

Ermənistan Respublikasının Ərazi İdarəetmə və İnfrastruktur naziri Gnel Sanosyan oktyabrın 15-16-da Türkiyə Respublikasına (İstanbul) ezam olunub.  

Oktyabrın 15-də nazir Beynəlxalq Yol Federasiyasının Ümumdünya Konqresində iştirak edib.

Nazir Sanosyan çıxışında vurğulayıb ki, mövcud geosiyasi şəraitdə yeni, etibarlı və davamlı kommunikasiya yollarının yaradılması, eləcə də əvvəl mövcud olmuş nəqliyyat infrastrukturunun yenidən işə salınması və təhlükəsiz fəaliyyəti dünyanın bütün ölkələri üçün önəmli əhəmiyyət kəsb edir.

 Çünki inkişaf etmiş infrastruktur və ərazi baxımından balanslı inkişaf hər bir ölkənin davamlı inkişafı və orada yaşayan insanların rifahının təmin edilməsində mühüm amillərdən biridir.

“Regiondakı bütün ölkələr arasında iqtisadi infrastrukturun tam açılması, əlaqələrin inkişafı və qarşılıqlı əlaqənin səviyyəsinin yüksəldilməsi Ermənistan Respublikasının hökumətinin önəmliklərindəndir.

 Cənubi Qafqazda davamlı və sabit sülh qurmağa çalışaraq, Ermənistan hökuməti “Sülh kəsişməsi”layihəsini hazırlayıb”, – deyə Sanosyan vurğulayıb.

Nazirin sözlərinə görə, Ermənistan Respublikası öz suveren ərazisindən keçən bütün yolları yenidən işə salmağa, yenilərini yaratmağa hazırdır və Ermənistan vasitəsilə yüklərin, nəqliyyat vasitələrinin, insanların, boru kəmərlərinin, elektrik xətlərinin təhlükəsizliyini heç bir ayrı-seçkilik etmədən təmin etməyə hazırdır.

“Bizim təklif etdiyimiz “Sülh kəsişməsi” layihəsi nəzərdə tutur ki, regionun bütün iqtisadi və nəqliyyat infrastrukturları açılmalı və bərabərlik və qarşılıqlı hörmət prinsipi əsasında ölkənin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməlidir” – deyə nazir qeyd edib.

Daha çox göstər
Back to top button