BaşlıcaSiyasət

Türkiyədə  Erməni Soyqırımı barədə  danışmaq üçün radio stansiya bağlanılıb

Türkiyədə radiostansiyalardan biri, altı ay əvvəl qonaqlarından birinin efirdə Erməni Soyqırımı haqqında danışmasına görə hakimiyyətin onları bağladığını elan edib. Bu barədə AFP xəbər verir.

Radiostansiya qərara qarşı mübarizə aparmağa və fəaliyyətini davam etdirməyə ümid edir.

Türkiyənin KİV-lərin işini nəzarətdə saxlayan orqanı bu ilin may ayında Açık radiostansiyasının fəaliyyətini beş günlüyünə dayandırmışdı.

Səbəb isə onların efirdə nifrət təbliğ etdiyini iddia etmələri olmuşdur.

İyul ayında radio stansiyanın lisenziyası dayandırılmışdı, lakin bu günə qədər efirdə qalmışdılar.

Cəza tədbirləri aprel ayında yayımlanan verilişlərdən birində qonağın 1915-ci ildə ermənilərin kütləvi qırğınlarını soyqırım adlandırmasından sonra tətbiq olunmuşdur.

Açık radio stansiyası dinləyiciləri bağlanma qərarına etiraz etməyə çağırıb. Onlar öz radiolarının müxtəlif sahələrdə vətəndaş cəmiyyəti rəylərini çatdırdığını qeyd edirlər.

Onlar radiolarının susdurulmasının mümkün olmadığını bəyan edərək vəziyyəti dəyişmək üçün hüquq yollarına müraciət edəcəklərini bildiriblər.

Bu radio stansiya otuz ildən çoxdur efirdədir və özünü “kainatın bütün səslərinə, rənglərinə və titrəyişlərinə açıq” bir stansiya hesab edir.

Daha çox göstər
Back to top button