
Rusiya bizə 2020-ci ildən başlayaraq xəyanət etdi.
Bu haqda oktyabrın 17-də parlamentdə jurnalistə açıqlamasında hakim “KP” partiyasının deputatı Qaqik Melkonyan bildirib.
“Əgər biz Rusiya ilə iqtisadi əlaqələrdəyiksə, münasibətlərimiz varsa və biz istəmirik ki, Rusiya bizim sahibimiz olsun, bəyəm bu o deməkdir ki, Rusiyaya getmək və ruslarla danışmaq səhvdir?
Axı biz iqtisadi cəhətdən bir-birimizlə bağlıyıq və təkcə biz Rusiyadan asılı deyilik, onlar da bizdən faydalanır” – deyə deputat bildirib.
Onun sözlərinə görə, Ermənistan daima 2020-ci ilə qədər təhlükəsizliyini Rusiya ilə bağlayıb:
“Çünki Rusiya bizim təhlükəsizliyimizin təminatçısı hesab olunurdu, lakin 2020-ci ildən sonra gördük ki, Rusiya dəyişiklik etdi, öz müttəfiqini dəyişdi, onun müttəfiqi Ermənistan deyil, Azərbaycandır.
O Azərbaycanın maraqlarını qorudu. Rusiya 2020-ci ildən bizi satdı. Cermuka hücum zamanı ruslar sərhəddən qaçdılar.
Əlbəttə ki, İran sərhədindən də çıxacaqlar, Türkiyə sərhədindən də çıxacaqlar. Bəli, onlar haqlıdırlar, biz öz sərhədlərimizi qorumalıyıq, əgər biz müstəqil ölkəyiksə.
Elə deyil ki, indi Türkiyə sərhədində rus qoşunları dayanıb, xeyr, 80 faizi erməni oğlanlarıdır”.
Bagrat Sırpazanının hərəkatına və məqsədlərinə toxunan Melkonyan bildirib ki, onlar hakimiyyəti ona ötürmək niyyətində deyillər:
“Biz bilirik ki, Bagrat Sırpazan nə istəyir, nə demək istədiyini bilirik, o hakimiyyət istəyir, lakin biz onu verməyəcəyik. Heç kim sabah nə edəcəyini bilməyən birinə hakimiyyət verməyəcək.
Əgər bilirsə, desin, məsələn, 9 noyabr bəyanatının 9-cu maddəsini o necə təsəvvür edir? O, Ermənistanı harada görür – Rusiyanın tərkibində, yoxsa Rusiya-Belarus ittifaqında?
Onlar Rusiyanın ucqar bölgəsi olmaq istəyirlər, məqsədləri budur”.







