BaşlıcaSiyasət

Nikol Paşinyan BRİKS-in sammitində iştirak edəcək

Paşinyan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS-in sammitində iştirak edəcək.

Bu barədə mətbuata Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verərək, Baş nazirin sammitdə iştirakının bir ay əvvəl təsdiqləndiyini əlavə edib.

Liderlərlə görüşlərin planlaşdırılıb-planlaşdırılmaması sualına Baş nazirin mətbuat katibi cavab verib:

“Bu barədə əlavə məlumat veriləcək.”

Qeyd edək ki, hökumətlə ənənəvi sual-cavab sessiyası keçiriləcək və Baş nazir də bu sessiyada iştirak edəcək. Nikol Paşinyanın böyük ehtimalla parlament sual-cavabı başa çatdıqdan sonra gecə saatlarında Kazana yola düşəcəyi gözlənilir.

Xatırladaq ki, Kazanda oktyabrın 22-də BRİKS-in 16-cı sammiti başlayır. Daha əvvəl Kremlin mətbuat xidməti  RF Prezidenti Vladimir Putinin BRİKS sammitində iştirak edən bütün ölkələrin liderləri ilə görüşəcəyini bildirmişdi.

Daha çox göstər
Back to top button