BaşlıcaSiyasət

Arayik Harutyunyan sülh müqaviləsinin razılaşdırılmayan bəndləri üzrə razılığa gəlmək imkanı görür

Baş nazir aparatının rəhbəri Arayik Harutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Kazanda keçirilən görüşünü müsbət qiymətləndirir. “Armenpress”in məlumatına görə, bu barədə Arayik Harutyunyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

“Biz bütün bu cür görüşləri dialoq baxımından müsbət qiymətləndiririk və şübhəsiz ki, başlanmış proseslərin, eləcə də sülh sazişinin imzalanmasının yaxın gələcəkdə reallığa çevrilməsinə sadiqik. Düşünürəm ki, belə təmaslar faydalıdır”, – deyə Harutyunyan bildirib.

Sülh müqaviləsinin razılaşdırılmayan bəndləri üzrə tam razılığa gəlmək imkanı varmı sualına Arayik Harutyunyan belə bir imkanı gördüklərini cavablandırıb.

Daha çox göstər
Back to top button