
Azərbaycan və Ermənistan sülh sazişi üzrə danışıqlarda ciddi irəliləyiş əldə ediblər. Azərbaycan mətbuatının məlumatına görə, bu barədə Azərbaycanın Xarici işlər naziri Bayramov Böyük Britaniyanın dövlət naziri Stiven Dut ilə görüşündə bildirib.
Eyni zamanda, o, yenidən beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmağa çalışıb və bəyan edib ki, “Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi ambisiyaları var”.
Bayramov bunu sülh prosesində əsas maneə adlandırıb və eyham vurub ki, Ermənistan Konstitusiyanı dəyişmir, baxmayaraq ki, Konstitusiyaya dəyişiklik edib-etməmək Ermənistanın daxili işidir.







