Siyasət
Mirzoyan və Olle Burel əməkdaşlıq imkanlarını müzakirə ediblər

Noyabrın 12-də ER xarici işlər naziri Ararat Mirzoyan İsveçə səfəri çərçivəsində Stokholm Şəhər şurasının sədri Olle Burel ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Tərəflər Yerevan və Stokholm arasında əməkdaşlığın qurulması imkanlarını müzakirə ediblər.
Ararat Mirzoyan və Olle Burel demokratik islahatların əhəmiyyəti, müasir şəraitdə demokratiyanın təşviqi yolunda qarşıya çıxan problemlər barədə fikir mübadiləsi aparıb, onların aradan qaldırılması üçün müxtəlif platforma və səviyyələrdə fəal qarşılıqlı fəaliyyətin zəruriliyini vurğulayıblar.







