
Ermənistan Turizm Komitəsi bu ilin oktyabr ayında Ermənistana turist səfərləri ilə bağlı statistik məlumat açıqlayıb.
Cari ilin oktyabr ayında Ermənistana 203 810 turist gəlib, ötən ilin eyni dövründə bu rəqəm 195 396 olub.
Müşahidə olunan dövrdə Ermənistana gələn turistlərin ən böyük payı Rusiya (ümumi turistlərin 43%-i), Gürcüstan (11%) və İranın (7%) payına düşüb.







