BaşlıcaBeynəlxalq

COP29. Bakıda amerikalı senatorlar Ermənistanı  dəstəklədiklərini bildiriblər və siyasi məhbusların azad edilməsinə çağırıblar

Amerikalı senatorlar  Çeldon Ualtaus və Ed Marki COP29 çərçivəsində Bakıda keçirilən mətbuat konfransında Ermənistana dəstək nümayiş etdiriblər Bu haqda  Reuters məlumat verir.

Onların şərhləri Bakı televiziya kanalının jurnalistinin ABŞ-ın Ermənistana qarşı sanksiyalar tətbiq etməməsinin səbəbi ilə bağlı verdiyi suala cavab olaraq səsləndirilib.

“Fikrimcə, mən və senator Markin hər ikimiz Ermənistana dəstək veririk. Çox sayda erməninin məcburi köçkün olmasından təəssüflənirik.

Açığını desəm, ermənilərin bu vəziyyətə görə məsuliyyət daşıdığına inanmıram. Ev sahibi olduğum ölkədə insan hüquqları məsələsinə xüsusi toxunmaq istəmirəm, amma əgər bu mövzu açılsa, yəqin ki, kompliment söyləməzdim”- deyə senator Çeldon Ualtaus  bildirib.

“Biz inanırıq ki, siyasi məhbuslar azadlığa buraxılmalıdır. Hesab edirik ki, ermənilər Dağlıq Qarabağa qayıtmaq hüququna malikdirlər.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır.

Ümid edirik ki, danışıqlar yolu ilə bu problemlərə tezliklə həll tapılacaq, o cümlədən Azərbaycan üçün Ermənistan ərazisindən keçən yol məsələsi də razılaşdırılacaq.

 Amma bütün bunlar danışıqlar əsasında əldə edilən müqavilənin bir hissəsi olmalıdır. Ümid edirəm ki, belə də olacaq” – deyə Ed Markin qeyd edib.

O, siyasi məhbusların azad edilməli olduğunu və erməni xalqının Dağlıq Qarabağa dinc şəkildə qayıtmaq hüququna malik olduğunu vurğulayıb.

Oktyabr ayında təxminən 60 amerikalı qanunverici, o cümlədən Çeldon Ualtaus və Markin, dövlət katibi Antoni Blinkenə müraciət edərək, COP29 İqlim Sammiti ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərərək insan hüquqlarının qorunmasını təmin etməyi və siyasi məhbusları azad etməyi tələb etmişdilər.

Qanunvericilər Blinkenə müraciətlərində Azərbaycanı siyasi məhbusları azad etmək və Ermənistan əleyhinə təxribat xarakterli açıqlamaları qınamaq üçün konkret addımlar atmağa” çağırmışdılar.

Daha sonra Azərbaycanın prezidenti İlham Əliyev bu məktubu “bizə təzyiq göstərmək və günahlandırmaq üçün yazılmış çirkin çağırış” adlandıraraq rədd etmiş və “bizim iradəmizə təsir edə bilməyəcəyini” bəyan etmişdir.

Daha çox göstər
Back to top button