
Fransa milli futbol komandasının keçmiş üzvü, dünya çempionu və hazırda ABŞ-ın MLS liqasında çıxış edən “Los Anceles” klubunun futbolçusu Olivye Jiru, erməni xeyriyyə hərracına öz formasını təqdim edib.
Verilən məlumata görə, fransız “Hayastan Media” yazır ki, Jiru hərraca hazırkı klubu “Los Anceles” də oynadığı forma ilə qatılıb.
Bu forma ilə fransalı futbolçu ABŞ Kubokunun final matçında iştirak edib.
“Ümid edirəm ki, Şərqdə, xüsusən də Ermənistanda olan xristian bacı və qardaşlarımızın xeyrinə səxavətli olacaqsınız” – deyə futbolçu bildirib.
Oxşar hərracda Jiru ötən il də iştirak etmişdi və həmin vaxt onun futbol formasının 35 min avroya satıldığı bildirilir.







