
Gələn il 8 Nordik-Baltik ölkəsinin parlamentlərinin sədrləri konfransda iştirak etmək üçün Ermənistana gələcəklər. “Armenpress”in məlumatına görə, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistan Parlamentinin sədri Alen Simonyan məlumat verib.
“Yanvarın 21-22-də 8 Şimal-Baltik ölkəsinin parlamentlərinin sədrləri Ermənistan Respublikasına gələcək və burada Ermənistan Respublikasına dəstək üçün forum keçiriləcək”, – Simonyan bildirib.
Nordik-Baltik ölkələri Estoniya, Latviya, Litva, Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveçdir.







