Siyasət
Ermənistan parlamenti ümumi məbləği 139,4 milyon avro olan iki kredit sazişini ratifikasiya edib

Dekabrın 5-də Ermənistan parlamenti ümumi dəyəri 139,4 milyon avro olan iki kredit sazişini ratifikasiya edib.
Vəsait büdcə kəsirinin ödənilməsinə yönəldiləcək.
Respublika OPEK-in Beynəlxalq İnkişaf Fondundan ikinci krediti alacaq. Burada söhbət 50 milyon avrodan gedir.
Vəsaitlər nəzərdə tutulan islahatların həyata keçirilməsinə, xüsusən də ev təsərrüfatlarının və müəssisələrin enerji səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, təhsil və səhiyyə sistemlərində islahatlara, habelə Dağlıq Qarabağ qaçqınların sosial dəstəyinə yönəldiləcək.







