
Dekabrın 19-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.
“Armenpress” xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb.
Nazirlər ikitərəfli münasibətlərin vəziyyətini, o cümlədən beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Tərəflər Qazaxıstan və Ermənistan arasında əməkdaşlığın hərtərəfli gücləndirilməsi və daha da genişləndirilməsi üçün qarşılıqlı istəyi təsdiqləyiblər.







