BaşlıcaSiyasət

Nikol Paşinyan Sankt-Peterburqda keçiriləcək sammitdə iştirak etməyəcək: ona müsbət kovid diaqnozu qoyuldu

ER baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcək. Bu barədə o, Facebook səhifəsində məlumat verib.

“Bazar ertəsi, dekabrın 23-də mənə kovid diaqnozu müsbət çıxdı. Dekabrın 23-də və 24-də özümü təcrid etdim və iqamətgahımdan işlədim. Dekabrın 25-də diaqnozum artıq mənfidir və mən adi iş rejimimə qayıdıram.

Lakin həmkarlarımla məsləhətləşdikdən sonra bu gün Sankt-Peterburqda keçiriləcək MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm. Günün sonuna kimi sabah Aİİ-nin Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəyəm”,- deyə o yazıb.

Daha çox göstər
Back to top button