BaşlıcaEkonomika

Ermənistanın xarici ticarət dövriyyəsi 11 ayda 54 faiz artıb

2024-cü ilin yanvar-noyabr aylarında Ermənistanın xarici ticarət dövriyyəsi ötən ilin analoji dövrünün göstəricisini 54 faiz üstələyib. Bu barədə Ermənistan Respublikasının Statistika Komitəsi məlumat yayıb. Qeyd olunan dövrdə 28 milyard 179,6 milyon dollara çatıb.

Bundan başqa, noyabrda oktyabr ayı ilə müqayisədə 15,6 faiz, ötən ilin noyabr ayı ilə müqayisədə isə 27,4 faiz azalıb. Bu ilin noyabr ayında xarici ticarət dövriyyəsi 1 milyard 918,4 milyon dollar təşkil edib.

Cari ilin 11 ayında ixrac 73,9 faiz artaraq 12 milyard 307,8 milyon dollar təşkil edib. Noyabrda oktyabr ayı ilə müqayisədə 19,6 faiz, ötən ilin noyabr ayı ilə müqayisədə isə 35 faiz azalıb. 2024-cü ilin noyabr ayında ixracın həcmi 752,1 milyon dollar olub.

Bu ilin 11 ayında idxal ötən ilin müvafiq dövrünün göstəricisini 41,5 faiz üstələyərək 15 milyard 871,8 milyon dollar təşkil edib.

Yanvar-noyabr aylarında erməni dramının ABŞ dollarına nisbətdə orta məzənnəsi 392,38, noyabrda isə 388,97 dram təşkil edib.

Daha çox göstər
Back to top button