BBC: “Ruben Vardanyan Bakı həbsxanasında sudan və tualet kağızından məhrum edilib”

Azərbaycan tərəfindən qaçırılan və Bakı həbsxanasında qanunsuz saxlanılan Qarabağın keçmiş dövlət naziri Ruben Vardanyan 2024-cü ilin aprel ayında aclıq aksiyasına başlayıb.
Onun vəkillərinin sözlərinə görə, bu aksiyaya görə onu cəza kamerasına köçürüblər” – deyə BBC-nin rus xidməti yazır.
“Cəza kamerasında işıq 24 saat yanılı olub ki, bu da yuxu çatışmazlığına və ağır tükənməyə səbəb olub”, – deyə Ruben Vardanyanın ailəsinin işə cəlb etdiyi amerikalı hüquqşünas Jared Genselin bəyanatında bildirilir
(Azərbaycan hakimiyyəti ona müdafiə etdiyi şəxslə görüşməyə heç vaxt icazə verməyib).
“Bundan əlavə, Ruben uzun müddət ayaq üstə dayanmağa məcbur edilib və iki gündən artıq müddətə sudan məhrum edilib.
O, alt paltarını və paltarlarını yumaq və ya dəyişmək imkanından məhrum olub, ona tualet kağızı verilməyib, yazmaq-oxumaq qadağan edilib, yataq dəsti verilməyib, çirkli döşəkdə yatmağa məcbur olub.”
Aclıq aksiyası 20 gün davam edib.
Vardanyanın oğlu Davit bildirib ki, atası məktublar yazıb göndərsə də, onlar heç vaxt ünvan sahiblərinə çatmayıb. Onun sözlərinə görə, ailə bəzən onunla telefonla danışmağa və ya Beynəlxalq Qırmızı Xaç vasitəsilə məktub göndərməyə müvəffəq olur. “Kənardan” həkimlərin Vardanyanla görüşünə icazə verilmir, yalnız aclıq aksiyası bitdikdən dərhal sonra bir dəfə tibbi müayinə aparılıb







