
Mayın 8-dən 10-dək Ermənistanda Hakimlərin Avropa İttifaqının illik iclası keçiriləcək. Bu barədə Ermənistan Hakimlər İttifaqı məlumat verib.
“44 ölkənin bayraqları rəsmi şəkildə 2025-ci ilin bahar toplantısına ev sahibliyi edəcək ölkə kimi Ermənistan Hakimlər İttifaqına təhvil verilib.
Bu rəmzi təhvil Hakimlərin Avropa İttifaqına (EAJ) üzv olan ölkələr arasında əməkdaşlığı, məhkəmə müstəqilliyinin müdafiəsini və Avropa hakimləri icmasının birliyini təsdiq edir” – deyərək məlumatda qeyd olunub.







