
Avropa Komissiyasından “İzvestiya”ya bildiriblər ki, Avropa Birliyi ilə yaxınlaşma prosesi getdikcə sürətlənir, lakin Ermənistan hələ də üzvlük üçün rəsmi ərizə təqdim etməyib.
“Ermənistanda aparılan müzakirələr Avropa Birliyinin və onun dəyərlərinin cəlbediciliyini nümayiş etdirir. AB-Ermənistan münasibətləri heç vaxt indiki qədər yaxın olmayıb.
Viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması və Avropa Sülh Mexanizmi çərçivəsində 10 milyon avronun dəstəklənməsi bunu göstərdi” – deyə məlumatda vurğulanıb. Brüssel həmçinin erməni tərəfdaşlarla Avropaya inteqrasiya haqqında qanun layihəsini müzakirə etməyə söz verib. Hüquqi baxımdan AİB-nə üzvlük məsələsinin hələ gündəmdə olmamasına baxmayaraq, Ermənistan artıq ittifaqla daha dərin tərəfdaşlığa doğru irəliləyir







