
Fransanın erməni təşkilatlarının koordinasiya şurası (CCAF) Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) Azərbaycan prezidenti İlham Əliyevə qarşı cinayət işi açılması üçün müraciət edib.
Şura bildirir ki, iddia Fransalı hüquqşünas Sevag Torosyan vasitəsilə təqdim edilib. O, Parisin hüquqşünaslar kollegiyasının və BCM-ə bağlı hüquqşünaslar palatasının üzvüdür.
Sənəddə vurğulanır ki, Azərbaycanın 2020-ci il sentyabrın 27-dən 2023-cü il oktyabrın 4-ə qədər Dağlıq Qarabağda apardığı hərbi əməliyyatlar 120,000 erməninin zorla köçürülməsinə və onların qədim mədəniyyət irsinin itirilməsinə səbəb olub.
Daha əvvəl BCM-nin ilk prokuroru Luis Moreno Ocampo və bir sıra beynəlxalq insan hüquqları müdafiə təşkilatları bu hadisələri soyqırım, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri kimi qiymətləndirmişdilər.
Şura BCM prokurorundan Roma Statutunun 15-ci maddəsinə əsasən aşağıdakı addımları atmağı tələb edir:
2020-2023-cü illərdə Dağlıq Qarabağ ermənilərinə qarşı törədilmiş cinayətlərin araşdırılmasını başlamaq üçün kifayət qədər əsasların mövcudluğunu tanımaq.
Məhkəmənin ilkin palatasına Dağlıq Qarabağa BCM-nin ərazi yurisdiksiyası məsələsini göndərmək.
İlham Əliyev və 2020-2023-cü illərdə Dağlıq Qarabağda törədilmiş cinayətlərə bütün iştirakçıların həbsinə dair beynəlxalq order vermək.
CCAF-nin həmsədrləri Ara Toranyan və Murad Papazyan daha əvvəl Fransanın hökumətini BCM-yə müraciət etməyə çağırmışdılar, lakin onların sözlərinə görə, Qərb hələ də qərarlılıq göstərməyib.
“1915-ci ildən bəri bu artıq ikinci dəfədir ki, ermənilər belə bir ədalət gözardına vurulmağa məruz qalırlar. Belə bir vəziyyətsə yolverilməzdir” – deyə təşkilatın bəyanatında qeyd edilir.







