
Ukraynadakı vəziyyətin dəyişməsi Cənubi Qafqazda vəziyyəti dəyişəcək, özünü qalib kimi hiss edəcək və Ukraynadakı müharibəyə bu qədər enerji sərf etməyəcək Rusiya özünü başqa cür göstərəcək.
Bu haqda jurnalistə müsahibəsində politoloq Aleksandr İskəandaryan qeyd edib.
“Lakin mən Rusiyanın postsovet məkanında, xüsusən də Cənubi Qafqazda əvvəlki mövqelərini bərpa edəcəyini düşünmürəm. Hesab edirəm ki, bu artıq mümkün deyil.
Rusiyanın siyasətində dəyişiklik olacaq, situasiya xarakterli olacaq, lakin onun inqilabi olması mümkün deyil.
Eyni çaya iki dəfə girmək mümkün deyil. Dəyişikliklər olacaq, lakin onlar çox radikal ola bilməz” – deyə İskandaryan qeyd edib.
Onun fikrincə, Ermənistan və Azərbaycan konfiqurasiyasına qayıtmağın mənası yoxdur.
“Rusiyanın bu ölkələrə təsir etdiyi vasitələr sadəcə olaraq mövcud deyil. Dağlıq Qarabağın mövcudluğu Ermənistanla Azərbaycan arasında belə bir alət idi.
Rusiya Ermənistana təsir etmək üçün ona Azərbaycan, Azərbaycana təsir etmək üçün isə Ermənistan lazım idi. Arada isə bu vəziyyəti yaradan DQR olub.
Bütün bunlar artıq yoxdur. “Ona görə də geri dönüşü təsəvvür etmək çətindir” – deyə İskandaryan yekunlaşdırıb.







