
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan deputat Selami Altınok erməni deputatlarla görüşünə münasibət bildirib.
O, X mikrobloqunda Türkiyə nümayəndə heyətinin Vyanada ATƏT Parlament Assambleyasında Baş Assambleyada iştirak edən Ermənistan nümayəndə heyəti ilə görüşdüyünü bildirib.
“Ölkəmiz və qonşu dövlətlərin münasibətlərinə dair məhsuldar görüşümüz oldu. Ümid edirəm ki, görüş hər iki ölkə üçün faydalı olacaq”, – deputat yazıb.







