İctimaiyyət
Aİ Rusiyanın səkkiz media orqanının Avropada yayımını qadağan edib

Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketi çərçivəsində 8 rus mediasının Avropada yayımını qadağan edib.
Bu barədə Aİ Şurasının bəyanatında deyilir.
“Aİ Şurası bu gün səkkiz Rusiya mediasının Aİ-nin yayım lisenziyasının dayandırılması barədə qərar qəbul edib.
Söz Eurasia Daily informasiya saytı, News Front agentliyi, SouthFront saytı, RuBaltic.ru portalı, Lenta.ru onlayn nəşri, “Звезда” telekanalı, Fondsk və Strateji Mədəniyyət Fondu haqqındadır.







