BaşlıcaSiyasət

Ermənistan Fond Birjası Cənubi Qafqazın ən yaxşısı seçilib

Ermənistan Fond Birjası (AMX) nüfuzlu Global Banking & Finance Awards jurnalı tərəfindən “Cənubi Qafqazın Ən Yaxşı Fond Birjası 2025” və “Cənubi Qafqazın Ən Sürətlə İnkişaf Edən Fond Birjası 2025” adına layiq görülüb.

Birjanın mətbuat xidmətinin verdiyi məlumata görə, bu mükafatlar AMX-in regionun maliyyə bazarındakı aparıcı rolunu, həmçinin birjanın davamlı inkişafına və innovasiyalara yönəlmiş səylərini vurğulayır.

“Cənubi Qafqazın Ən Yaxşı Fond Birjası” mükafatı AMX-in sabit fəaliyyətini, investorların etimadını və kapital bazarına çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş addımları təsdiqləyir.

“Ən Sürətlə İnkişaf Edən Fond Birjası” titulu isə AMX-in inkişaf dinamikasını, birjada yeni maliyyə alətlərinin tətbiqini və bununla da investorlar və emitentlər üçün geniş imkanların yaradılmasını ön plana çıxarır.

2024-cü ildə AMX bazarda əhəmiyyətli artım qeydə alıb. Ötən il ümumi bazar dəyəri 4.1 trilyon Ermənistan dramına çatıb, həmçinin bütün bazarlarda ticarət həcmlərinin və bağlanan əməliyyatların sayında artım müşahidə olunub.

Bu uğurlara valyuta ticarət platformasının yenidən işə salınması və yeni rəqəmsal investisiya həllərinin tətbiqi təkan verib.

Qaliblərin seçimi sahə analitikləri və bank məsləhətçiləri tərəfindən aparılan araşdırmalara əsaslanır.

Daha çox göstər
Back to top button