
Ermənistan Parlamentinin sədri Alen Simonyan erməni hərbi əsirlərə qarşı aparılan saxta məhkəmə prosesini məhkəmə hesab etmir.
“Armenpress” xəbər verir ki, Simonyan parlamentdə jurnalistlərlə söhbətində belə mövqe bildirib.
“Hesab edirəm ki, bu, məhkəmə deyil. Mən əmin deyiləm ki, demokratiyanın bu qədər səviyyədə olduğu ölkədə, qapalı məhkəmə proseslərində, həmin səhnələrdə hansısa beynəlxalq ictimaiyyət, beynəlxalq məhkəmə və ya xadim bu məhkəmə prosesinin hüquqi qüvvəyə malik olduğuna müsbət qiymət verə bilər”, – Simonyan bildirib.







