BaşlıcaBeynəlxalq

Narek Mkrtçyan: Donald Trampın Mar-a-Laqo malikanəsində qonaq olmaq şərəfinə nail oldum

“KP”-nın (Mülki müqavilə) fraksiyasında xarici əlaqələrə cavabdeh şəxsi olaraq, ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqo malikanəsində qonaq olmaq şərəfinə layiq oldum.

 Bu, Prezidentin uzunillik dostları Kit Şiller və Corc Sorialın dəvəti ilə baş tutdu”.

Bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər naziri Narek Mkrtçyan öz Facebook səhifəsində yazıb.

“Amerikalı tanınmış iş adamı və yəhudi icmasının lideri Yehuda Kaplunla da xoş söhbətim oldu. O, Prezident Tramp ilə birlikdə bir çox siyasi və humanitar layihələrə rəhbərlik edib”.

“Corc Sorial müxtəlif illərdə Tramp Tower və Tramp Organization-da rəhbər vəzifələr tutub. Kit Şiller isə uzun illər Donald Trampın şəxsi köməkçisi və təhlükəsizlik xidmətinin rəhbəri olub.

2017-ci ildə o, Ağ Evin Oval Ofisinin əməliyyatlar direktoru vəzifəsini də icra edib”.

“Yehuda Kaplun 2024-cü ildə Nobel Sülh Mükafatına namizəd göstərilmişdi” – deyərək Mkrtçyan qeyd edib.

Daha çox göstər
Back to top button