
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən aparılmış auditin nəticəsində qeydə alınmış 41 çatışmazlıq aradan qaldırılıb və görülmüş işlərə dair rəsmi müraciət artıq Avropa Birliyinə göndərilib.
Alınan məlumata görə, Ermənistanın ərazi idarəetməsi, yerli özünüidarəetmə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi məsələləri üzrə daimi komissiyasının növbəti iclasında bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Kristine Qaleçyan məlumat verib.
O, Ermənistanın aviasiya sektorunda beynəlxalq standartların təmin olunması istiqamətində görülən işləri təqdim edib.







