BaşlıcaSiyasət

Sargis Xandanyan azərbaycanlı həmkarına parlament komitələrinin iclasının keçirilməsini təklif edib

Ermənistan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sargis Xandanyan Azərbaycan Milli Məclisinin Xarici Əlaqələr Komitəsinin sədrinə Ermənistan və Azərbaycan parlamentlərinin Xarici Əlaqələr Komitələrinin görüşünün keçirilməsini təklif edib.

Bu barədə Sargis Xandanyan öz Facebook səhifəsində yazıb.“Mən Azərbaycan Milli Məclisinin Xarici Əlaqələr Komitəsinin sədrinə komitələrin iclasının keçirilməsini təklif etmişəm”.

Ermənistan və Azərbaycan “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzrə razılığa gəliblər və bununla da sənəd üzrə danışıqların yekunlaşması qeyd edilib.

Xalqın bilavasitə seçdiyi və onların mənafeyini qorumaq məsuliyyətini öz üzərimizə götürən deputatlar kimi rolumuzun vacibliyini vurğulamaqla yanaşı, başa düşürük ki, saziş imzalandıqdan sonra hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməlidir. Ermənistan Respublikası Parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri kimi mən həmkarım, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova rəhbərlik etdiyimiz qurumların birgə iclasının keçirilməsini təklif etdim.

Bu görüş sülh sazişi layihəsi və onun ratifikasiya prosesi ilə bağlı müzakirələr və fikir mübadiləsi aparmaq imkanı verəcək.

Belə bir təşəbbüs ölkələrimiz tərəfindən həyata keçirilən digər etimad quruculuğu tədbirlərini tamamlaya və regional sabitliyin möhkəmlənməsinə töhfə verə bilər.

Ümid edirəm ki, Azərbaycan Milli Məclisindən həmkarım müsbət cavab verəcək və biz görüşün tarixi, yeri və digər zəruri detallar barədə razılığa gələ biləcəyik. İlk görüş yeri kimi Ermənistan-Azərbaycan sərhədində yerləşən neytral zonanı nəzərdən keçirə bilərik”, – Xandanyan yazıb.

Daha çox göstər
Back to top button